Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:56

«Formula-1»ə problem yoxdur - Nazir


-

Azərbaycanda keçiriləcək «Formula-1» yarışı ilə əlaqədar hazırlıq işləri normal qaydada davam edir. «Trend»in xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin deməsinə görə, yarışlara hazırlıqla bağlı işlər cədvəl üzrə aparılır: «Onların icrasında hər hansı problem yoxdur. Asfalt örtüyünün hamısı tamamilə dəyişilib. Asfaltın sonuncu qatı aprelin sonu, may ayının əvvəllərində çəkiləcək. Azadlıq Meydanında da tikinti işləri aparılır. Orada müvəqqəti qurulan pit-stop binası tikilir. Texnologiyaların və avadanlıqların çoxu gətirilib, bir hissəsi isə yoldadır».

Bu il iyunun 19-da Azərbaycanda «Formula-1» Avropa Qran-prisi yarışı başlayacaq. Bağlanmış saziş üzrə 5 il bu yarışlar Azərbaycanda keçirilməlidir. Azərbaycan növbəti illərdə bundan imtina etsə, cərimə ilə üzləşəcək.

XS
SM
MD
LG