Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:47

-

Gürcüstanın xarici işlər naziri Mikheil Janelidze martın 6-da Azərbaycana gələcək. Gürcüstanın Bakıdakı səfirliyindən «Turan»a bildirilib ki, rəsmi görüşlər bazar ertəsi olacaq.

Səfərdə əsasən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar planlaşdırılıb. Janelidze-nin prezident İlham Əliyevlə də görüşü gözlənilir.

Danışıqlar zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət məsələləri də diqqət mərkəzində olacaq.

Səfər martın 7-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG