Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

-

Qorağan-Qax-Zaqatala avtomobil yolunda yenidənqurma işlərinə başlanılıb. Bu xəbər «Report»a «Azəryolservis» ASC-nin mətbuat xidmətindən verilib.

Xəbərdə deyilir ki, Şəki-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax-Zaqatala hissəsinin bərpası layihəsi «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» əsasında həyata keçirilir.

III texniki dərəcəyə aid olan yolun ümumi uzunluğu 29.8 kilometrdir. Asfalt-beton örtüklü yolda sürət 80 km/saat nəzərdə tutulub. Layihə çərçivəsində 8 min kubmetr bitki-torpaq qatının qazılması, 550 min kvadratmetr torpaq qazma işləri, 731 min kubmetr karxana materiallarının daşınması nəzərdə tutulur. Bundan başqa, kipləşdirilmə işləri, 20 santimetr qalınlığında 320 min kvadratmetr asfalt-beton qatı salınacaq.

Layihədə 5 ədəd yeni körpünün tikintisi, 1 ədəd mövcud körpünün əsaslı təmiri, dəmir-beton boru və drenaj işlərinin görülməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi və 24 ədəd avtobus dayanacağının tikintisi də nəzərdə tutulub.

2015-ci il noyabrın 4-də dövlət başçısı İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG