Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:57

Tovuzda 18 yaşlı gənc intihar edib


Foto illüstrasiya
Foto illüstrasiya

-

Tovuz rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir. APA xəbəri rayon prokurorluğuna isnadən yayıb.

Xəbərə görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb. 18 yaşlı kənd sakini Rəsul Həsənov özünü asaraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb, istintaq aparılır.

Martın 4-də Bakıda 70 yaşlı qadın, bundan bir gün əvvəl isə Zərdab rayonunda 19 yaşlı gənc özünü ipdən asıb öldürmüşdü.

XS
SM
MD
LG