Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:56

-

Doların yenidən bahalaşması, sosial problemlər və regional münasibətlər medianın aparıcı mövzusudur.

İRAN AZƏRBAYCANA İNVESTİSİYA QOYUR

«Azərbaycan və İran regionda sabitləşdirici rol oynayır».

Bu, rəsmi «Respublika» qəzetində dərc olunan bir məqalədən götürülmüş fikirdir. Məqalə Azərbaycan-İran münasibətlərindən bəhs edir. Yazıda qeyd edilir ki, iki ölkə arasında birlik nə qədər güclü olsa, bölgədə təhlükəsizlik o qədər yüksək səviyyədə qorunar: «Neft-qaz sektorunda perspektivlər kifayət qədər önəmlidir. İran Azərbaycanın neft-qaz yataqlarına investisiya qoyur və bu əməkdaşlıq daha da genişlənəcək. Xəzər dənizindəki neft-qaz yataqlarının birgə işlənməsi məsələsi də müzakirə edilib. Xəzər dənizinin ölkələrimizin ümumi sərvəti olduğu, bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olacağına diqqət yetirilib».

UÇOT DƏRƏCƏSİNİN QALDIRILMASI DAVAM EDƏCƏK

«Mərkəzi Bankın uçot dərəcəsini artıracağı gözlənilən idi». İqtisadçı Samir Əliyev bunu Mərkəzi Bankın (MB) uçot dərəcəsini 7 faizə qaldırmasını «Azadlıq» qəzetinə şərh edərkən bildirib.

Amma ekspertin fikrincə, bu addım son deyil, il ərzində MB mərhələlərlə uçot dərəcəsini qaldıracaq və hətta ikirəqəmli həddə çatdırılması istisna edilmir: «MB bu addımı ilə son aylar artan inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini qorumaq niyyətindədir».

S.Əliyev ölkənin idxaldan asılı olmasını xatırladaraq əlavə edib ki, bu fonda dolların bahalaşması yüksək inflyasiya vəd edir.

İqtisadçının fikrincə, hətta son aylar alıcılıq qabiliyyətinin azalması üzündən bəzi malların ucuzlaşması belə, inflyasiyanın qarşısını almaq gücündə deyil: «Mərkəzi Bank son bir ildə pul kütləsini azaltmaq, hökumət isə inzibati tədbirlər hesabına tənzimləməyə çalışır. Amma bunun səmərəsi uzunmüddətli ola bilməz».

İqtisadi sahələrin böyüməsinə baxmayaraq, pul kütləsinin 2010-cu il səviyyəsində qaldığını deyən S.Əliyev bu vəziyyəti qeyri-neft sektorunun inkişafına böyük əngəl adlandırıb.

ƏMANƏTLƏRİ DAĞIDAN AZADLIQDA, ƏMANƏTÇİLƏR MƏHKƏMƏLƏRDƏ

«Bizim Yol» qəzeti isə «Texnikabank» Bakı filialının keçmiş rəhbərliyini günahlandıran 100-ə qədər əmanətçinin şikayətlərinə yer verib. Şikayətçilər bildirirlər ki, onların təqribən 36 milyon manatı mənimsənilib. Amma filialın keçmiş rəhbəri bu ziyanı ödəmədən həbsdən azad olunub.

Şikayətlərdə maraq doğuran məqamlardan biri də bu insanların ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyindən də narazılıq etmələridir. Onların demələrinə görə, MTN rəhbərliyindən bankdan pullarını istəməməklə bağlı hədə-qorxu alıblar. «Kimi MTN-in hədə qorxularından çəkinib əmanətlərindən imtina etdi, kimi də geri çəkilmədi. İndi də əmanətlərini tələb edirlər»-deyə əmanətçilərdən biri qeyd edir.

Əmanətçilər şikayətlərinin sonunda da deyiblər: «Bu işlə əlaqədar müxtəlif məhkəmələrdə son 8 ildə 420 iclas keçirilib. Ancaq əmanətlərimizi hələ də ala bilmirik».

SOCAR GÜRCÜSTANDA QAZ BAZARINI QORUDU

«Yeni Müsavat» qəzeti Gürcüstanla Azərbaycan arasında imzalanan qaz sazişini dəyərləndirib. Məqalədə qeyd edilir ki, SOCAR bu sazişlə Gürcüstanda qaz bazarını qorudu.

Məqalədə daha sonra oxuyuruq: «Ermənistanın tranzit ölkə olmaq arzusu gözündə qaldı, Rusiyadan təhlükəli qaz asılılığı gündəmdən çıxdı... Bununla da SOCAR müəyyən güzəştlər hesabına olsa belə, Gürcüstanın qaz bazarında öz mövqeyini qoruyub saxlaya bildi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG