Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:23

-

Bakıda Maestro Niyazinin abidəsi ucaldılacaq. «Report»un xəbərinə görə, bunu Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev «Azərbaycan musiqi irsinin dünyada təbliği» layihəsinin təqdimat mərasimində bildirib.

Abidənin ilin sonuna qədər ucaldılacağını deyən nazirlik rəsmisi qeyd edib ki, Maestro Niyazinin abidəsini görkəmli memar Ömər Eldarov hazırlayıb.
Ə.Vəliyev həmçinin bildirib ki, tanınmış müğənni Rəşid Behbudovun heykəli də bu ilin sonunadək ucaldılacaq. Həmin vaxt Rəşid Behbudovun yubileyi də keçiriləcək.

Rəşid Behbudovun heykəlinin memarı isə Fuad Salayevdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG