Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:43

Türkiyənin baş naziri Ahmet Davutoglunun İrana səfəri başlayıb.

Bu Türkiyə liderinin son 2 ildə İrana ilk rəsmi səfəridir.

Səfər zamanı əsasən iki ölkə arasında ticarət əlaqələri müzakirə olunacaq.

Danışıqlar zamanı həmçinin Suriya münaqişəsinə görə tərəflər arasındakı fikir ayrılığının da müzakirə olunacağı gözlənilir.

Əsasən şiə ölkəsi olan İran bu münaqişədə Suriya prezidenti Bashar Assadın, Türkiyə isə ona qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Səfər ABŞ və Rusiyanın vasitəçiliyi ilə Suriyada atəşkəs rejimi dövrünə təsadüf edir.

XS
SM
MD
LG