Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:08

Serbiya prezidenti Tomislav Nikolic martın 4-də parlamenti buraxıb və ölkədə vaxtındanəvvəl seçki təyin edib.

Prezident bunu martın 4-də dövlət televiziyası ilə çıxışında bəyan edib.

Parlamentin buraxılmasını bundan bir hün əvvəl baş nazir Vucic istəmişdi.

Vucic hesab edir ki, ölkənin Avropa Birliyinə qoşulması və islahatlar aparmaq üçün dəqiq mandatlı yeni kabinet lazımdır.

Vucicin rəhbərlik etdiyi “Serbiya Tərəqqipərvər Partiyası” hazırda bir neçə kiçik partiya ilə koalisiyadadır və parlamentdəki yerlərin 2/3-ni qazanmağa can atır.

Bu partiya 2014-cü ildə keçirilən parlament seçkisində 250 yerlik parlamentdə 131 mandat qazanıb. Amma bu, əksəriyyət üçün bəs deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG