Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:07

Parlament hakimləri təsdiq etdi


İlham Əliyev Oğuzda yeni məhkəmə binasının açılışında

İlham Əliyev Oğuzda yeni məhkəmə binasının açılışında

-

Martın 4-də parlament Ali Məhkəmənin hakimi İslam Əliyevin, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədr əvəzi Müseyib Hüseynovun vəzifələrindən azad olunması qərarlarını təsdiq edib.

Bu haqda APA xəbər verir.

Parlament həmçinin, İslam Əliyevi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsi üçün qərara da razılıq verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin vəzifəsindən azad olunan sədr əvəzi Müseyib Hüseynov isə Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib. Parlament bu qərarı da təsdiq edib. M. Hüseynov bir müddət əvvəl səhhəti ilə əlaqədar iş yerinin dəyişdirilməsini istəmişdi.

Həmin şəxslərin hakim təyin edilməsi ilə bağlı qərarı prezident vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG