Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:30

Türkiyənin cənub-şərqindəki Mardin əyalətində minalanmış maşının partladılması və raket hücumu nəticəsində azı 2 polis ölüb, 35 nəfərsə yaralanıb.

Bu barədə Reuters agentliyi təhlükəsialik qüvvələrinə istinadla xəbər verir.

PKK yaraqlılarının martın 4-ü ,yerli vaxtla səhər saat 6 radələrində Nusaybin şəhərində hücumu nəticəsində polis məntəqəsi və ətrafdakı evlərə ciddi ziyan dəyib.

Bu şəhər Suriya sərhədinin yaxınlığında yerləşir.

Hadisə yerinə təhlükəsizlik və xilasedici qüvvələr göndərilib.

PKK ötən ilin iyulunda Türkiyə hökuməti ilə atəşkəs sazişindən çıxdıqdan sonra Türkiyənin cənub-şərqi və digər ərazilərində təhlükəsizlik qüvvələrinə hücumların sayı artıb.

Ötən ay intiharçının minalanmış maşınla Ankarada hərbi avtobusa hücumu nəticəsində 29 adam ölüb.

Hökumət deyir ki, bu hücumun arxasında PKK ilə əlbir olan Suriyadakı YPG kürd qruplaşması durur.

Günün bütün mövzuları

XS
SM
MD
LG