Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:53

Polis Zaqatalada əməliyyat keçirib


Foto arxiv
Foto arxiv

-

Zaqatala polisi martın 3-ü saat 22 radələrində şəhərdə əməliyyat keçirib. Xəbəri Daxili İşlər Nazirliyi yayıb.

DİN bildirir ki, şəhər sakinlərindən İsrafil İsayevin evində qadağan olunmuş dini təriqətlərdən biri təbliğ olunurmuş. Polisin axtarışı da elə İ.İsayevin evində olub.
Məlumatda qeyd edilir ki, rayon sakinləri İsrafil Şamxalovun, Etibar Babayevin, İlham Hüseynovun, Əfqan Hüseynovun, Sahib Hüseynovun, Abubakar Ömərlinin, Məhəmməd Buğluyevin və Vüsal Atayevin dini toplantı keçirdikləri müəyyən edilib.

İ.İsayevin evindən 41 ədəd dini kitab götürülüb. Kitabların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil veriləcəyi bildirilir.

DİN-in məlumatına görə, şöbəyə gətirilən Əfqan Hüseynov və qardaşı Sahib Hüseynov polisin tələblərinə tabe olmayıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə inzibati protokol tərtib edilib. Digərlərinin izahatları alındıqdan sonra buraxılıblar.

Saxlanan və ifadələri alınan şəxslərin DİN-in bu açıqlamasına münasibəti isə bəlli deyil. Üstəlik, məlumatda polisin qanunsuz dini ədəbiyyatı necə müəyyən etdiyi də açıqlanmır.

XS
SM
MD
LG