Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:09

YAP-çı deputat: «Azərbaycanda böhran yoxdur ki...»


Siyavuş Novruzov
Siyavuş Novruzov

-
«Yeni Azərbaycan Partiyasına görüş üçün müraciət edən müxalifət partiyaları təkliflərini konkretləşdirməlidir. Biz bu məsələni partiya rəhbərliyi ilə müzakirə edib, qərar verəcəyik. Bütün hallarda istənilən dialoqa hazırıq».

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S.Novruzovun bildirməsinə görə, ötən il 4 dəfə iqtidar-müxalifət dialoqu keçirilib və siyasi partiyaları maraqlandıran təkliflər müzakirəyə çıxarılıb: «Siyasi partiyalar yenidən bu dialoqun keçirilməsinin tərəfdarıdırsa, təkliflərini yazılı formada təqdim etməlidir».

O, müxalifət partiya rəhbərlərinin iştirakı ilə «Anti-böhran koalisiyası»nın yaradılmasına isə etiraz edib: «Azərbaycanda böhran yoxdur ki, bu adda koalisiya yaradılsın. Müəyyən iqtisadi çətinliklər var, dövlət də bununla bağlı müvafiq addımlar atır. Böhran onda olur ki, hər şey dayanıb, inkişaf yoxdur və iqtisadiyyat çöküb. Bu gün isə Azərbaycan iqtisadiyyatı inkişaf edir, sosial sahələrdə islahatlar aparılır».

Azərbaycanda bəzi müxalifət partiyalarının iştirakı ilə yaradılan «Anti-böhran koalisiyası» ölkədəki ictimai-siyasi vəziyyətin birgə müzakirəsi üçün YAP-a müraciət etmişdi.

Koalisiyaya Böyük Azərbaycan, (BAP), Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, «Gələcək Azərbaycan», Milli Konqres MKP), Azərbaycan Liberal Demokrat (ALDP), Azərbaycan Xalq (AXP), Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf (VİP) partiyaları, «AĞ Blok» daxildir.

Ötən il isə Azərbaycandakı bəzi müxalif partiyalar 4 dəfə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüb ölkədəki vəziyyəti müzakirə etmişdilər. Həmin görüşdə Milli Şura və Müsavat Partiyası iştirak etməmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG