Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:06

-

Novruz bayramı günlərində Azərbaycana xaricdən gələcək turistlərin sayının artacağı gözlənilir. Xüsusilə də İrandan gələn turistlərin çoxalacağına ümid edilir.

«Trend»in xəbərinə görə, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırov bildirib ki, artıq çox sayda iranlı turistlər hotellərdə yerləri bronlaşdırıblar: «Azərbaycana İrandan gələn qonaqların sayının artmasını nəzərə alaraq, Ekskursiya Bürosu fars dilində bələdçilər hazırlamağa üstünlük verib».

N.Bağırov qeyd edib ki, Rusiya vətəndaşlarının da Azərbaycana marağı artıb: «Son 1 həftə ərzində turizm şirkətlərinə Rusiyadan daxil olan sorğuların da sayı artıb».

N.Bağırov deyib ki, Azərbaycana gələn turistlər ilk növbədə Bakı, Qəbələ-Şəki və Quba-Qusar bölgələrinə maraq göstərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG