Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:42

Rogozin niyə gəlmişdi?


Dmitry Rogozin
Dmitry Rogozin

-

Manatın ucuzlaşması, sosial problemlər və regional münasibətlər medianın aparıcı mövzusudur.

«Azərbaycan» qəzeti Rusiya baş nazirinin müavini D.Rogozin-in Azərbaycana səfərinə geniş yer ayırıb. Yazıda rusiyalı qonağın fikirləri ilə də tanış olmaq mümkündür. D.Rogozin prezidentin qəbulunda deyib:

«Dünyada baş verən iqtisadi böhrana və karbohidrogen bazarında məlum hadisələrə baxmayaraq, Hökumətlərarası Birgə Komissiyamız əməkdaşlığı daha da genişləndirməyə nail olub. İki dövlətin başçıları arasında təmaslar artıb. Bu təmaslar təkcə ikitərəfli münasibətləri deyil, regional məsələlərin bütün spektrini əhatə edir».

SƏFƏRİN PƏRDƏARXASI?

«Yeni Müsavat» qəzeti isə D.Rogozin-in Azərbaycana səfəri ilə bağlı ekspert fikirlərini təqdim edib.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə deyib ki, Dmitry Rogozin Rusiya silahının istehsalına və satışına faktiki olaraq cavabdehlik daşıyan, rəhbərlik edən şəxsdir. Bu baxımdan onun Bakıya qəfil səfərinin Azərbaycanla silah alveri ilə bağlı hansısa məsələlərin həlli məqsədi daşıdığı şübhəsizdir.

Məqalədə sonda da oxuyuruq: «Nəzərə alsaq ki, Rogozin Rusiya baş nazirinin birinci müavini, Putin-ə ən yaxın fiqurdur, onun Bakıda geosiyasi məsələləri müzakirə edəcəyi, Kremlin Azərbaycanla Qərbin son vaxtlar münasibətlərində istiləşmədən dolayı hansısa narahatlıqlarını çatdırması da istisna deyil».

Rüfət Aslanlı
Rüfət Aslanlı

İŞÇI QRUPUN RƏHBƏRİ HANSI ƏSASLA…

«Biz oturduğumuz qayığı deşirik». «Azadlıq» qəzeti bu sitatı Maliyyə Bazarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupun sədri Rüfət Aslanlının Milli Məclisdəki çıxışından götürüb. Həmin yazıda bildirilir ki, R.Aslanlının çıxışında banklara dollar borcu olan vətəndaşlara hüquqi yardım göstərən «Antikollektor» hədəf seçilib. Qəzetdə R.Aslanlıdan daha bir sitat verilib: «Banklara olan borclar qaytarılmalıdır və kredit götürülübsə, o ödənməlidir».

Məqalədə dollarla kredit borcu olan vətəndaşlara hüququ yardım göstərən Əkrəm Həsənovun da fikirləri öyrənilib. O, R.Aslanlının iradlarını əsassız sayıb:

«Biz insanlara kreditləri qaytarmayın demirik, onu necə qaytarmağı izah edirik. Əgər antikollektorla bağlı hüquqi xidmət qanunsuzdursa, o zaman bütün hüquqi xidmətlər qanunsuz sayılmalıdır. Burada, sadəcə, bankların maraqlarına toxunan məsələ var deyə, onlar birləşib hücuma keçmək istəyirlər. Bir də İşçi Qrupun rəhbəri hansı əsasla insanların qanunla qorunun haqlarına qaşı çıxır?».

ASAYİŞİN QORUNMASINA «KÖNÜLÜLƏR» NƏDƏN CƏLB EDİLİR?

«İctimai asayişin qorunmasına «könüllü»lərin cəlb edilməsi ölkədə kriminogen durumun ağırlaşması ilə bağlıdır».

Hüquqşünas E.Qəmbər «Exo» qəzetinə açıqlamasında belə deyib. O, məsələnin kökündə isə iqtisadi amillərin dayandığını düşünür:

«İqtisadiyyatdakı istənilən çökmə və insanların həyat şəraitinin ağırlaşması həmişə kriminogen durumun pisləşməsi ilə müşayiət edilir. Demək olar ki, mətbuatda gündə qətl, intihar, oğurluq hadisələri haqda xəbərlər oxuyuruq. Bu heç də vəziyyətin yaxşı olmasının göstəricisi sayıla bilməz».
Hüquqşünas deyib ki, könüllülərin pulla mühafizə işinə cəlb edilməsində səlahiyyətlərindən sui-istifadə halları da meydana çıxa bilər.

Ekspert Kamil Səlimov isə bildirib ki, könüllülərin fəaliyyətinin rəsmiləşdirilməsinə çoxdan ehtiyac var idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG