Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34

-

BMT-nin uşaq fondu – UNICEF ötən həftə Iranda saxlanmış keçmiş əməkdaşının səhhətilə bağlı narahatlıq bildirib.

Baquer Namazi fevralın 22-də saxlanıb və Tehranın Evin həbsxanasına aparılıb. Oğlu Siamak isə oktyabrdan həbsdədir. Namazilər ABŞ-İran vətəndaşlarıdır.

80 yaşlı Baquer Namazi UNICEF-in bir sıra Afrika ölkələrində təmsilçisi olub, 1996-cı ildə təqaüdə çıxıb.

“UNICEF-in indiki və keçmiş əməkdaşları Baquer-in səhhətindən çox narahatdır. Ümid edirik ki, o, tezliklə həya yoldaşına və sevdiklərinə qovuşacaq”.

Həyat yoldaşının deməsinə görə, Namazi-nin ürəyində problemlər var.

İran hələlik ata-oğula ittiham irəli sürməyib. Siamak Namazi-nin dostlarının fikrincə, o, mühafizəkarlar və islahatçıların savaşının girovuna çevrilib.

XS
SM
MD
LG