Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11

-

Ukrayna, Rusiya, Almaniya və Fransanın xarici işlər nazirləri iyunun sonunadək Ukraynanın şərqində seçki keçirilməsi üzrə razılıq əldə ediblər. Bunu Fransanın Xarici işlər naziri Jean-Marc Ayrault deyib. Ancaq Ukrayna naziri Pavlo Klimkin 9 saatlıq görüşdə elə bir nəticə əldə olunmadığını bəyan edib.

Ayrault martın 3-də Parisdə keçirilən doqquz saatlıq danışıqlardan sonra açıqlama verib. Deyib ki, tərəflər uyğun seçki qanunvericiliyinin qəbulunun vacibliyini vurğulayıblar.

Ancaq digər nazirlər qrupun konsensus əldə etmədiyini bildiriblər. Ukrayna israr edir ki, seçkidən öncə atəşkəsə tam əməl edilməsi, silahlar geri çəkilməlidir.

“Seçkinin təhlükəsizliyini təmin edə bilməliyik; ərazimiz təhlükəsiz olmalıdır… Təhlükəsizlik olmadan irəli gedə bilmərik”, Pavlo Klimkin deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG