Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:55

Ukraynada evsizlərin tam statistikasını heç kim aparmır.

Evsiz uşaqlar atılmış evlər və zirzəmilərdə, bəziləri isə Odessadakı 3 yeniyetmə kimi şəhər kanalizasiyalarında yaşayır.

Onlar pis valideyinlərdən qaçdıqlarını deyirlər. Yataqxana və ya uşaq evlərinə getmək istəmirlər, “dedovşina” və yaşlı "bomj"lardan qorxurlar.

"Lyuk, əlbəttə küçədə qalmaqdan yaxşıdır", onlardn biri deyir.

Onun kanalizasiya qonşusu olan qız isə deyir ki, gündüzlər adətən gəzir, axşam isə gecə məktəbinə gedir, oxuyur: " Bəzən elə olur ki, ev tapşırığını şam işığında eləyirəm, çünki lyukda işıq yoxdur. Adətən gün ərzində bir, ən yaxşı halda isə iki dəfə yeyə bilirəm", deyə o bildirir.

Odessalılar evsiz qonşularından məmnun deyillər. çünki onlar tez-tez alkoqol və narkotik qəbul edir, oğurluqla məşğul olurlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG