Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:53

“Atəşkəsə baxmayaraq Ukraynanın şərqində müharibə şəraiti davam edir”.

BMT-nin insan haqları üzrə idarəsinin martın 3-də yaydığı hesabatda belə deyilir.

Hesabat Rusiya, Fransa, Almaniya və Ukrayna rəsmilərinin Paris görüşünə təsadüf edir. Görüşdə məqsəd Ukraynanın şərqində sülh prosesinə təkan verməkdir.

Qeyd edək ki, ötən Minskdə əldə edilmiş atəşkəs sazişində hərbi əməliyyatların dayandırılması və ağır silahların təmas xəttindən çıxarılması nəzərdə tutulur.

Amma tərəflər son vaxtlar bir-birini atəşkəs rejimini pozmaqda günahlandırır.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG