Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:08

-

Daxili İşlər Nazirliyi Azərbaycan, Türkiyə və Gürcüstan vətəndaşlarından ibarət transmilli mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi müəyyən edib ki, qrup üzvləri Türkiyədə yaşayan Yaşar Baranın tapşırığına əsasən Azərbaycanda saxta “ucuzsepet.com” veb saytını yaradıblar. Dəstə üzvləri həmin səhifədə onlayn alış-veriş edən Türkiyədəki 11 bankın 74 müştərisinin kart hesablarına qanunsuz girərək, oradakı pul vəsaitlərini Azərbaycandakı müxtəlif banklarda adlarına açılan hesablara köçürüblər. Pul vəsaitləri Azərbaycanda nağdlaşdırılandan sonra yenidən Türkiyəyə göndərilib.

DİN Saxlanılan Mesut Uzunöz, Babək Qəribov və Rüfət Qüdrətlinin zərərçəkənlərə ümumilikdə 54732 manat məbləğində ziyan vurduğunun sübuta yetirildiyini bildirir.

Faktın araşdırması davam etdirilir.

Ancaq həbs edilənlərin və ya onların vəkillərinin bu ittihamlara cavabları ictimaiyyətə bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG