Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:47

-

Bibiheybətdəki “Şıx” yamacı yaşıllığa bürünəcək. Səbail icra hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 50 hektar sahədə parkın yaradılması layihəsinə başlayıb.

İcra hakimiyyətinin məlumatına görə, artıq 1 əsas və 2 köməkçi su rezervuarları quraşdırılıb, Burada tətbiq ediləcək damcı üsulu ilə suvarma sistemi üçün müxtəlif diametrli xətlər çəkilib. 2 ədəd yüksək təzyiqli su nasosu quraşdırılıb,yeni elektrik xətləri çəkilib.

Nazirliyin mütəxəssislərinin köməyi ilə “Ekoloji park”da 150 minə yaxın ağacın əkilməsi planlaşdırlır. Artıq 30 min ədəd yeni ağac əkilib. Əlavə ağacların əkilməsi mövsüm ərzində davam edəcək. Əkilən ağaclara il boyu qulluq edilməsinəicra hakimiyyəti nəzarət edəcək.

Layihədə parkın dağ yamacı boyunca Su İdmanı Sarayı istiqamətində genişləndirilməsi nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG