Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:52

-

Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirləri davam etdirir.

Nazirliyin martın 3-də yaydığı məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, hadisə baş verən ilk gündən nazirliyin müvafiq qüvvələri təyyarə və helikopterlərlə qəza nəticəsində itkin düşən neftçilərin axtarışını intensiv şəkildə həyata keçirib:

"Hazırda axtarış işlərində qüvvə və vasitələrin geniş, intensiv tətbiq edildiyi aktiv fazadan müşahidə-axtarış fazasına keçilib. Qəza və neftçilərin itkin düşməsi ilə bağlı nazirlik Xəzəryanı ölkələrin müvafiq dövlət qurumlarına, Xəzər dənizində üzən gəmilərə isə Dövlət Dəniz Administrasiyası vasitəsilə məlumat verilib . Daimi məlumat mübadiləsi həyata keçirilir”

2015-ci il dekabrın 4-də “Neft Daşları”nda vaqon-otaqda olan 3 fəhlə qasırğa nəticəsində dənizə düşüb. Axşamüstü isə “Günəşli yatağındakı 10 saylı platformada yanğın baş verib. Bu yanğın nəticəsi 34 nəfəri xilas etmək mümkün olub. 30 nəfər isə itkin saylır. Onlardan 14-nün meyiti aşkarlanıb.

İtkin neftçilərin ailə üzviləri isə əksinə axtarışların yenidən sürətləndirilməsini tələb edirlər. Onlar bununla bağlıPrezident Administrasiyası və Fövqəladə Hallar nazirliyində vəzifəli şəxslərin qəbulunda olublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG