Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:18

-

Martın 3-də Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin növbədənkənar iclasında birliyə yeni sədr seçilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra ilk dəfə toplanan idarə heyətinin iclasını professor Qəzənfər Paşayev açıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra gündəlikdə duran əsas məsələyə - Azərbaycan Aşıqlar Birliyin yeni sədrinin seçilməsi məsələsinə baxılıb.

Ustad aşıq Ədalət Nəsibov çıxış edərək bu vəzifəyə Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının namizədliyini irəli sürüb.

Ustad aşıqlardan İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov, Ulduz Quliyeva, Ağamurad Şirvanlı, Gülarə Azaflı və digərləri də bu təklifi dəstəkləyiblər.

Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.

Sonra Məhərrəm Qasımlı yeni vəzifədə görəcəyi işlərdən, qarşıda duran vəzifələrdən danışıb, yeni təyinatlar haqda məlumat verib.

İclasın qərarıyla Məhəmmədəli Məşədiyev yaradıcılıq məsələləri üzrə, Sənubər Bağırova beynəlxalq məsələlər üzrə, Musa Nəbioğlu mətbuat, informasiya və nəşriyyat məsələləri üzrə, Ağamurad Şirvanlı regionlarla iş üzrə, Altay Məmmədli təşkilat və gənclərlə iş üzrə katiblər, professor Qəzənfər Paşayev Ağsaqqallar şurasının sədri, Elxan Məmmədli elmi işlər, Gülarə Azaflı isə qadın aşıqlarla iş üzrə sədrin müşavirləri, Abbas Musaxanoğlu və Nemət Qasımlı bədii şuranın həmsədrləri vəzifələrinə təsdiq olunublar.

İclasda Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG