Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:08

Yeni Palatanın vəzifələri aydınlaşır


-

“Maliyyə Bazarlarına Nəzarət Palatası ikisəviyyəli idarəetmə strukturundan - Direktorlar Şurası və İdarə Heyətindən ibarət olacaq. Ali idarəetmə orqanı olan Direktorlar Şurasını ölkə başçısı formalaşdıracaq. Cari əməliyyat idarəetməsini isə İdarə Heyəti həyata keçirəcək ”.

Bunu parlament komitələrinin birgə iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı deyib.

Palata ziddiyyətləri çözəcək

APA-nın xəbərinə görə, Rüfət Aslanlı deyib ki, Direktorlar Şurası Palatanın fəaliyyətinin bütün strateji aspektlərini müəyyən edəcək. İdarə Heyəti isə gündəlik fəaliyyətlə məşğul olcaq.

R. Aslanlı bildirib ki, palatanın yaradılmasında əsas məqsəd, pul siyasəti ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasındakı ziddiyyətləri bir-birindən ayırmaqdır.

“Palata kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək. Həmçinin, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək” - deyə R. Aslanlı bildirib.

İşçi Qrupunun rəhbəri vurğulayıb ki, Palata maliyyə sektorunda əsas funksiyaları həyata keçirəcək:

Palata büdcədən maliyyələşməyəcək

“Palata lisenziyalaşdırma aparacaq. Maliyyə sektorunda normalar yaradacaq, normativ aktlar qəbul edəcək. Banklar, kredit təşkilatları, sığorta şirkətləri və kapital bazarları iştirakçılarından özünün müəyyən etdiyi qaydalarda hesabatlar alacaq. Habelə, tənzimlədiyi maliyyə bazarı institutlarının fəaliyyətini yerindəcə yoxlayacaq. Qanun pozuntuları aşkar edildikdə təsir və ya sanksiya xarakterli tədbirlər tətbiq edəcək. Qısası, Mərkəzi Bank yanındakı Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Palataya keçəcək”.

Palata öz fəaliyyətini dövlət büdcəsi və ya hər hansı dövlət fondlarından ayrılan vəsait hesabına qurmayacaq. O, tənzimlənən subyektlərin ödədikləri haqlar hesabına maliyyələşəcək.

Prezident İlham Əliyev ötən ay Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında fərman imzalamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG