Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:13

ABŞ prezidenti Barack Obama Rusiyaya qarşı sanksiyaları daha 1 il uzadıb.

Bu sanksiyalar 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilib.

Sənəddə Rusiyanın Ukraynaya qarşı hərəkətlərinin onun suverenliyi, ərazi bütövlüyü və ölkədəki demokratik prosesə təhlükə olduğu bildirilir.

Sənəddə həmçinin yaranmış vəziyyətin ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə birbaşa təhlükə olduğu bildirilir.

Sanksiyalar 2017-ci il martın 6-dək qüvvədə qalacaq.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqindəki rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG