Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:30

Şimali Koreya bir neçə qısa mənzilli ballistik raketin sınağını keçirib.

Raketlərin hamısı Yapon dənizinə düşüb.

Sınaq yerli vaxtla səhər saat 10 radələrində keçirilib.

Cənubi Koreya ordusu hərbi hazırlıq vəziyyətinə gətirilib.

Pxenyan bununla BMT təhlükəsizlik şurasının bir gün əvvəl ona qarşı tətbiq etdiyi yeni sanksiyaları qeyd edib.

Yeni sanksiyalarda söhbət Şimali Koreyaya girib-çıxan bütün malların yoxlanması, bu ölkədən kömür, filiz və qızıl ixracı, habelə aviasiya və raket yanacağı idxalının qadağan edilməsi nəzərdə tutulur.

Vaşinqtonun hesablamalarına görə Pxenyan təkcə kömür ixracından ildə təxminən milyar dollar qazanır.

Rusiyanın BMT-ki nümayəndəsi Vitali Çurkin hesab edir ki, sanksiyalar Pxenyanı danışıqlar masasına döndərməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG