Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:55

Tibbi yardım göstərməyənlər cərimələnəcək


Foto illüstrasiya
Foto illüstrasiya

-

Qanuna uyğun olaraq tibbi yardım göstərməyənlər 500 manat cərimələnəcəklər.

Parlamentin bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edəcəyi gözlənilir.

«Trend»in xəbərinə görə, parlamentin səhiyyə komitəsinin rəhbəri Əhliman Əmiraslanov deyib: ««Əhalinin sağlamlığının qorunması haqqında» Qanunda nəzərdə tutulan qaydada tibbi yardım göstərilməməsi ilə bağlı inzibati cəza nəzərdə tutan dəyişiklik paketi komitədə artıq qəbul olunub. Paket parlamentin müzakirəsinə təqdim olunub».

Hazırda tibbi yardım qaydalarının pozulması inzibati xəta hesab olunmur.

XS
SM
MD
LG