Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:08

ABŞ Dövlət Departamenti martın 2-də Konqresə “Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası 2016” hesabatını təqdim edib.

İki cildlik hesabatın birinci cildi narkotiklərə nəzarətə, ikinci cildi pulyuma və maliyyə cinayətləri ilə mübariəzyəhəsr olunub.

Azərbaycanın adı birinci cildə yer alıb. Burda hər bir ölkənin narkotiklərlə mübarizədə gördüyü işlərə qiymət verilir.

Hesabatın Azərbaycan hissəsində deyilir ki, Azərbaycan öz coğrafi mövqeyinə görə narkotiklərin daşınmasında tranzit ölkə olaraq qalır. Çünki Azərbaycan Əfqanıstan və İrandan Avropaya və Rusiyaya böyük narkotik yolunun üstündədir.

Hesabatda deyilir ki, Azərbaycan DİN-in 2014-cü ildəki ehtimalına görə, Azərbaycandan hər il 5,8 ton narkotik daşınır. DİN həmin 2014-cü ildə bildirirdi ki, bu narkotikin yalnız10-12 faizi müsadirə olunur. Hesabatda deyilir ki, 2015-ci ildə Azərbaycanda Daşkəsən regionunda bir dəfə 1,45 ton marixuana müsadirə olunub. Keçən il bir dəfəyə3,6 ton marixuana da Goranboyda müsadirə olunub.

Hesabatda rəsmi məlumata istinad edilir ki, Azərbaycanda narkotikdən istifadə və becərmə, hazırlama xırda miqyaslıdır. Ancaq qeyd olunur ki, Azxərbaycan hökuməti problemi lazımınca qiymətləndirməyə bilər.

Hesabatda deyilir ki, narkotiklərdən istifadəyə qarşı hökumətin sponsorluq etdiyi proqramlar yetərli deyil və Azərbaycanda narkotikdən müalicə mərkəzlərinə əlavə dəstək faydalı olardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG