Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:51

-

Artıq vətəndaşlar «ASAN xidmət» mərkəzlərinə gəlmədən sənədlərini tercume.asan.az internet səhifəsi vasitəsilə göndərərək tərcümə xidmətindən yararlana biləcəklər.

Bu barədə məlumat Xidmətdən açıqlanıb: «Tərcümə olunacaq sənədin şəkili və ya hər hansı formada elektron variantı saytda müvafiq xanaya yüklənilir. Sənədin tərcümə olunacağı dil seçilir və kuryer xidmətindən istifadə edilib-edilməyəcəyi qeyd olunur».

Əgər vətəndaş kuryer xidmətini seçməyibsə, o zaman sənədi hansı «ASAN xidmət» mərkəzindən götürmək istədiyini qeyd edir. Kuryer xidməti seçildiyi təqdirdə isə hazır sənəd vətəndaşın ünvanına çatdırılır.

Sənəd qəbul olunub baxıldıqdan sonra tərcümənin vaxtı və ödəniləcək məbləğ haqqında məlumat vətəndaşa elektron poçt vasitəsilə göndərilir.

Vətəndaş onlayn ödəniş etdikdən sonra sənədin tərcüməsinə başlanılır.

«ASAN xidmət» 2012-ci il iyulun 13-də prezident İlham Əliyevin 685 saylı fərmanı ilə yaradılıb. Bu, dövlət orqanlarının göstərdiyi xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən bir qurumdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG