Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:36

Bu misraları tarixi kontekstindən çıxarmaq olmaz

-

Erməni əsilli iranlı Roubina Ohanian Yerevanda "İran ədəbiyyatında türk sözünün interpretasiyası" (“The Interpretation of the Name and Word Turk in Iranian Literature”) adlı kitab buraxıb.

Kitabda o, Orta əsrlər fars ədəbiyyatından o misraları taparaq erməni dilinə tərcümə edib ki, həmin misralarda türklərə nifrət, türklərin necə pis olması izhar olunur.

Kitabı erməni dilindən ingilis dilinə tərcümə edən radikal millətçi Harut Sassounian ermənilərə məxsus "Kaliforniya kuryer" qəzetində bu 13 misranı çap edib.

Firdovsi (925 – 1020):

“Kimsə türklərdən müdriklik öyrənməyib,

kimsə onlara itaət etməz.”

Bundan başqa, kitabda Nizami (12-ci əsr), Əsəd Tusi (11-ci əsr), Xacə Abdullah Ənsəri (1006 – 1088), Ənvəri (12-ci əsr), Xaqani (1120 – 1190 AD), Sədinin (1184 – 1283 AD) ümumilikdə 13 misrası var.

Bu misralar türk tayfalarının 11-ci yüzildə Persiyaya girməsi zamanı, 13-cü yüzildə monqolların hücumları zamanı yazılıb. Sonrakı əsrlərdə Osmanlı İmperiyası ilə İran arasında sünni-şiə fərqindən irəli gələn müharibələr olub.

Onları tarixi kontekstindən çıxararaq, bir xalqın o biri xalqa nifrəti kimi qələmə vermək olmaz.

Günün bütün mövzuları

XS
SM
MD
LG