Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:23

-

«Azərbaycan» qəzeti ölkənin dünyada etibarlı enerji təchizatçısı olması haqda redaksiya məqaləsi dərc edib. Məqalədə Azərbaycanın neft strategiyasından və Avropanın enerji təhlükəsizliyinə verilən töhfələrdən bəhs edilir. Yazıda oxuyuruq: «Yeni neft strategiyasının nəticəsində respublikamız öz enerji müstəqilliyini təmin edib. Eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişik. Bunun nəticəsi kimi, ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu artıb».

ƏHALİ ƏMANƏTLƏRİ GERİ ÇƏKƏ BİLƏR

«Bu qərardan sonra əhali dollarda olan əmanətlərini geri çəkə bilər». Ekspert Samir Əliyev dollar əmanətlərinin illik dərəcəsinin yuxarı həddinin 3 faiz müəyyən olunmasını «Azadlıq» qəzetinə belə şərh edib.

Məqalədə deyilir ki, banklarda dollar əmanətləri olan vətəndaşlara vəsaitlərini tam şəkildə sığortalamaq üçün 3 faizlə razılaşıb, müqaviləni yeniləmək təklif edilir. Yuxarı faizlə istənilən əmanətlərin qorunmasına zəmanət verilmir. S.Əliyevin deməsinə görə, bu addımın atılmasının səbəblərindən biri ölkə banklarında əmanətlərin 85 faizinin xarici valyutada saxlanılmasıdır. Ekspert deyir ki, əslində, indi ölkədə ciddi manat qıtlığı yaşanır.

QURU MEYVƏLƏRİN QİYMƏTLƏRİNDƏ ARTIM VAR

Bayram ərəfəsində bizi ərzaq mallarının qiymətlərinin artması gözlənilir. Bu haqda «Novoye Vremya» qəzetində yazılıb.

«Rəsmi statistika, keçən il ərzaq inflyasiyanın 5 faiz olduğunu bildirir. Amma mağazalarda qiymətlərin 25-20 faiz artdığını görürük və bayramda daha da artacaq».

Məqalədə qeyd edilir ki, artıq quru meyvələrin, tərəvəzin qiymətlərində artım var: «Amma hakimiyyət nikbindir və onların nikbinliyi neftin əhəmiyyətsiz dərəcədə olsa da, artmasınadır».

«Böhranın sonu görünmür» adlanan bu yazıda analitiklər hətta ən yaxşı ssenaridə belə neftin dəyərinin 40 dollardan yuxarı qalxmayacağını bildirilər: «Kardinal islahatlar lazımdır, onlar da yoxdur. Hökumət neftin qiymətdən düşməsi ilə bağlı çağırışlara çox gec reaksiya verdi. Belə təəssürat yarandı ki, hökumət neftin dəyərdən düşməsinin müvəqqəti olduğuna ümidli imiş. Amma proses şok xarakteri alanda, hökumət bir müddət bu «şok»dan çıxa bilmədi. Unutmaq lazım deyil ki, qarşıdan Novruz gəlir. Yaxşı olar ki, bahalıqla üz-üzə qalan vətəndaşlar barədə düşünək».

STRATEJİ VALYUTA EHTİYATLARI TÜKƏNİR

Dövlətin strateji valyuta ehtiyatlarına təhlükə yarana bilər. Dövlət Neft Fondu aktivlərindən qəpik-quruş qazanır. Mərkəzi Bank isə manatı qorumaq üçün ehtiyatlarını məhv edir.

Bu fikirləri isə ekspertlər «Bizim Yol» qəzetinə bildiriblər.

Məqalədə bildirilir ki, bir il ərzində Fondun aktivləri 37 milyard dollardan 33 milyard dollara enib. İqtisadçı Rövşən Ağayev azalmanı belə izah edir: «Fondun il ərzində itirdiyi 3.6 milyard dolların 2.2 milyardı xaricdəki valyuta və daşınmaz aktivlərin dəyərini itirməsi ilə bağlıdır. Qalan 1.4 milyard isə büdcə kəsirinin örtülməsinə gedib».

Başqa bir iqtisadçı Qubad İbadoğlu isə deyir: «Bu, təkcə hansısa Fondun, ya Mərkəzi Bankın yox, bütünlükdə ölkənin strateji ehtiyatının azalmasıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG