Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:21

-

Qazaxıstan iqtisadiyyatı Çindəki iqtisadi azalma və Rusiyadakı geriləmədən ziyan çəkib. Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyir.

“Böyük qonşumuz, əsas ticarət tərəfdaşlarımızdan olan Rusiyanın yaşadığı iqtisadi çöküş və sanksiyalar bizə də təsirini göstərib. Ticarət 20-25 faiz azalıb,” prezident martın 2-də Astanada diplomatik missiya rəhbərləri ilə görüşdə belə söyləyib.

“Çindəki iqtisadi yavaşımanın da təsiri var... Neftin, qazın, metalları belə aşağı qiymətinə uyğunlaşmalıyıq”.

Ancaq prezident onu da bildirib ki, yavaşımaya baxmayaraq, Çindən Avropaya Qazaxıstan ərazisindən keçən konteynerlərin sayı bu il ikiqat artacaq ki, bu da ölkənin tranzit ərazi kimi rolunun artdığını göstərir.

Şərhləri göstər

XS
SM
MD
LG