Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

“Bu ilin fevralında Türkiyədən Yunanıstana keçən qanunsuz miqrantların sayı xeyli azalıb”.

Bunu martın 2-də Türkiyə xarici işlər nazirliyinin sözçüsü Tanju Bilgic martın 2-də Ankarada keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyənin sahil-mühavizə xidməti və təhlükəsizlik qüvvələri qanunsuz miqrantların qarşısını almaq üçün bütün mümkün imkanlara əl atır.

Qeyd edək ki, hazırda Türkiyədə 2 milyondan çox qaçqın var.Onların əksəriyyəti Suriya və İraqdandır.

Suriyada atəşkəsə gəldikdə isə Bilgic birinci gün sakitlik olduğunu, amma ikinci gün döyüşlərin Suriya ordusu və Rusiya tərəfindən bərpa olunduğunu deyib.Onun sözlərinə görə Suriya ordusu kaset , Rusiya isə çəllək bombalardan istifadə edib.

Bilgic Suriya ilə sülh danışıqlarının nəzərdə tutulduğu kimi martın 9-da başlanmasının vacibliyini bildirib və qeyd edib ki, əgər Rusiya ilə Suriya hərbi əməliyyatları dayandırmasa, bu sülh danışıqlarını əngəlləyə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG