Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:19

Martın 3-də Ukrayna münaqişəsi ilə bağlı Parisdə keçiriləcək görüşdə Rusiyanın xarici işlər naziri Sergei Lavrov da iştirak edəcək.

Bu barədə martın 2-də rəsmi Kreml məlumat yayıb.

Görüşdə münaqişənin həlli və atəşkəslə bağlı Minsk sazişi müzakirə olunacaq.

Görüşdə Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri də iştirak edəcək.

Minsk razılaşması 2015-ci ilin fevralında əldə olunub.

Razılaşmada Ukraynanın şərqində atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi nəzərdə tutulur.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG