Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:21

-

Britaniya və ABŞ-da nüfuzlu "Penguin Classics" seriyasından türkiyəli yazıçı Sabahattin Alinin "Kürk mantolu madonna" kitabı nəşr olunub.

Bu kitab ikinci Türkiyə kitabıdır ki, nüfuzlu nəşriyyatın sözügedən seriyasından çıxır. Birinci belə kitab Ahmet Hamdi Tanpınarın "Saatları qurma İnstitutu" romanı idi.

Bu seriyadan nəşr olunmaq o deməkdir ki, ardınca dünyanın bütün dillərinə tərcümə olunmaq gəlir. "Penguin Classics" kitablarını 850 min-1 milyon tiraj arasında çap edir.

Kitabı türk dilindən ingilis dilinə iki tanınmış tərcüməçi çevirib. Onlar Orxan Pamuka sonradan Nobel mükafatı gətirən romanlarını, həmçinin A.H.Tanpınarın romanlarını türkcədən ingiliscəyə çevirmişdilər (Maureen Freely və Alexander Dawe).

"Kürk mantolu madonna" romanı 1920-ci illərdə Türkiyənin ucqar əyalətindəki evini Berlində pul qazanmaq üçün tərk edən utancaq bir adamın həyatından bəhs edir.

Bu roman dünya ədəbiyyat mətbuatından "insan ruhuna dair emosional güclü, dərin atmosferli, son dərəcə qalıcı" kimi rəylər alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG