Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

-

Martın 2-də Mərkəzi Bankının keçirdiyi hərraca Dövlət Neft Fondu (ARDNF) 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Fondun məlumatında deyilir ki, hərraca çıxarılan vəsaitin hamısını 23 bank alıb.

Ancaq məlumatda bankların tələbatının nə qədər olması ilə bağlı heç nə deyilmir. Müstəqil iqtisadçılar bildirirlər ki, son günlər bankların dollar tələbatı ödənilmir. Bu da növbəti devalvasiyanın siqnalıdır.

Ancaq Mərkəzi Bankın rəhbəri E. Rüstəmov bu fikirlərə cavab olaraq bankların valyuta tələbatının tam ödəndiyini bildirib: «Azərbaycan bankları hərraclar vasitəsilə kifayət qədər həcmdə valyuta alırlar. Vəzifəmiz valyuta ilə təmin etmək deyil, manatın məzənnəsinin ciddi dəyişməsinin qarşısını almaqdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG