Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:53

21 məhbus İrana verilib


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanda cəza çəkən 21 iranlı məhbus öz ölkəsinə təhvil verilib.

APA-nın İran səfirliyinə istinadən yaydığı xəbərə görə, Astara sərhəd-keçid məntəqəsində təhvil verilən məhbuslar cəzalarının qalan hissəsini ölkələrində çəkəcəklər. Bu, iki ölkə arasındakı məhbusların mübadiləsi haqqında razılaşmaya uyğun olaraq həyata keçirilib.

Səfirlikdən bildirilir ki, hazırda Azərbaycan həbsxanalarında 128 iranlı məhbus cəza çəkir. 63 nəfər isə istintaq təcridxanalarında saxlanılır. Onların da İrana qaytarılması üçün yüksək səviyyədə danışıqlar aparılır.

XS
SM
MD
LG