Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:57

Hesablama Palatası nöqsanlar aşkarlayıb


Hesablama Palatası
Hesablama Palatası

-

Hesablama Palatası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) nöqsanlar aşkarlayıb. APA-nın xəbərinə görə, bəlli olub ki, bəzi hallarda vergi öhdəlikləri dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb edilməyib.

Palatada məsul auditorun təqdim etdiyi hesabat əsasında Qobustan Rayon İcra Hakimiyyətinə (RİH) ayrılan vəsaitlərin istifadəsi ilə bağlı vəziyyət də nəzərdən keçirilib. Qobustan rayon İcra Hakimiyyətinin də işində bəzi nöqsanlar olduğu qeyd edilib.

Auditor hesabatında bildirilir ki, icra hakimiyyəti dövlət vəsaitlərinin istifadəsi zamanı xüsusi razılığa (lisenziyaya) malik olmayan podratçı təşkilatla müqavilə bağlayıb. Bundan başqa, istismara qəbul edilən bir neçə obyektin müvafiq qaydada uçota alınmadığı qeyd olunur.

XS
SM
MD
LG