Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:07

P.Agramunt münasibətlərə ümidlə baxır


Pedro Agramunt
Pedro Agramunt

-

«Azərbaycan Avropa və Avropa Şurası ilə əlaqələrini yaxşılaşdırmaq baxımından dönüş mərhələsindədir».

«Report»un xəbərinə görə, bu fikir AŞPA prezidenti Pedro Agramunt-un Azərbaycana ikigünlük rəsmi səfərinin yekunlarına dair yaydığı bəyanatda yer alıb.

AŞPA prezidenti səfər çərçivəsində Azərbaycan prezidenti, Milli Məclisin spikeri və xarici işlər naziri ilə görüşdüyünü qeyd edir: «Yüksəkçinli məmurlarla hüququn aliliyi və insan hüquqları məsələlərində səmimi, açıq müzakirələrə heyran qaldım. Ölkə rəhbərliyi ilə QHT-lərə dair qanunvericiliyə edilmiş son dəyişikliklər baxımından vətəndaş cəmiyyətlərinin nümayəndələrinin qarşılaşdıqları problemlər, son parlament seçkiləri, Venesiya Komissiyası ilə daha fəal əməkdaşlıq məsələsini müzakirə etdik».

AŞPA prezidenti səfər zamanı, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrasının müzakirə olunduğunu bildirir: «Bu baxımdan məni əmin etdilər ki, Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Konvensiyanın səmərəli həyata keçirilməsi üzrə 52-ci maddəsi çərçivəsində Avropa Şurasının baş katibi ilə əməkdaşlıq edəcək. Baş katibin nümayəndələrinin Azərbaycana səfərinin vaxtı təyin ediləcək. Bu, yaxşı başlanğıc nöqtəsidir. Ümid edirəm ki, bunun sayəsində bu məsələ üzrə tez bir zamanda irəliləyişə nail olarıq».

P.Agramunt fevralın 29-da Bakıya gəlmişdi. O, ikigünlük bu səfər çərçivəsində rəsmilər və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirdi. Cənab Agramunt hazırda həbsdə olan REAL Hərəkatının rəhbəri İlqar Məmmədova da baş çəkmişdi.

XS
SM
MD
LG