Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

-

«Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çıxılmaz vəziyyətin nəticələri ilə üz-üzə qalmaqda davam edir».

«Report»un xəbərinə görə, AŞPA prezidenti Pedro Agramunt bunu Azərbaycana rəsmi səfərinin yekunda deyib.

«Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrinin işğalı probleminin həllinin tapılması olduqca vacibdir. Bu münaqişə təkcə Ermənistan və Azərbaycanın iqtisadiyyatına, sabitliyə təsir etmir. Bu həm də ölkələrin demokratiya, insan hüquqları və qanunun aliliyi sahəsində inkişaf qabiliyyətinə mənfi təsir göstərir», - deyə P.Agramunt bildirib.

P.Agramunt fevralın 29-da Bakıya gəlmişdi. O, bu səfər çərçivəsində rəsmilər və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirdi. Cənab Agramunt hazırda həbsdə olan REAL Hərəkatının rəhbəri İlqar Məmmədova da baş çəkmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG