Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:36

-

ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri xəbərdarlıq edir ki, hakerlərin enerji böhranı yaratmaq məqsədilə ABŞ infrastrukturuna hücumu qaçılmazdır. Ötən il Ukraynada oxşar hücum törədilib.

Admiral Michael Rogers San Fransiskoda kibertəhlükəsizlik konfransında deyib ki, söhbət xarici dövlətin kiberhücumunun “mümkünlyündən deyil, zamanından” gedir.

“Yeddi həftə öncə bu, Ukraynada baş verdi. Bu, gördüyümüz sonuncu hücum deyil və məni narahat edir”, Rogers söyləyib. O, İslam Dövləti kimi terrorçu qruplarının da potensial kiberhədələrindən narahatlığını dilə gətirib.

ABŞ hökuməti ötən həftə təsdiqləyib ki, Ukraynada 225 min müştəriyə təsir göstərmiş enerji kəsilməsi kiberhücumun nəticəsi olub.

Özəl təhqiqatçılar hücumu Rusiyanın "Sandworm" haker qrupu ilə əlaqələndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG