Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09

-

Rusiya Prezidenti Vladimir Putin deyir ki, ölkəsi OPEC üzvləri ilə neft hasilatının dondurulması üzrə razılaşmaya yaxındır və son qərar bu ay baş tutacaq görüşdə veriləcək.

Putin bunu martın 1-də neft şirkətlərinin rəhbərləri ilə görüşündə deyib.

Ötən ay Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər hasilatı yanvar səviyyəsində dondurmaq üzrə ilkin razılaşma əldə edib. Ancaq gərək digər böyük istehsalçılar da buna qoşulsunlar.

Dünyanın ikinci böyük istehsalçısı olan İran, hələlik, təklifə müqavimət göstərir.

Rusiyanın Enerji naziri Aleksandr Novak-ın sözlərincə, Putin-in dediyi sazişə 15 ölkə razılaşıb, bu da qlobal hasilatın 73 faizi deməkdir.

“Bu, hasilatçı ölkələrin əksəriyyəti deməkdir. Hətta İransız belə, razılaşmanın effekti olacaq”, Novak söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG