Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:23

-

Serbiyanın baş naziri Aleksandar Vucic aprelin 24-də erkən seçki keçirilməsinə çağırıb. O, Avropa Birliyinə qoşulmaqdan ötrü dəstək istəyəcəyini bildirib.

“Bu, həmçinin Serbiyanın 2020-ci ildə müasir Avropa ölkəsinə çevrilmək istəməsi, gələcəyi, yoxsa keçmişi arzulamasına dair bir referendum olacaq,” Vucic martın 1-də Serbiyanın TV RTS dövlət televiziyasında deyib.

Müxalifət parçalanmış vəziyyətdə olduğundan, Vucic-in Progressive partiyası favoritdir və parlamentdə üçdə ikini – çoxluğu qazanmağa can atır. Partiya 2014-cü il seçkisində 250 yerlik parlamentdə 158 yer əldə etmişdi. Vucic-in vəzifə müddəti də hələ indi yarı olur. Seçki əslində 2018-də keçirilməlidir.

Vucic deyib ki, ölkəni AB üzvlüyünə doğru aparacaq islahatları həyata keçirməyə ona tam 4 il gərəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG