Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:14

Martın 2-də Moskva metrosunun “Oktyabrsk” satansiyası ətrafında azyaşlı uşağın amansızcasına qətlinə etiraz olaraq aksiya keçirilib.

Aksiyaçılar uşağı öldürən özbəkistanlı dayənin fevralın 29-da həbs olunduğu çıxışa toplaşıb, əraziyə gül və hava şarları bağlanmış oyuncaqlar düzüblər.

Onlarla adamın iştirak etdiyi aksiyaya yaxalarında imperiya lentləri və boyunlarında ağ-sarı-qara rəngli şərf olan radikal hərəkatların nümayəndələri də qoşulub.

Onların bəziləri miqrantlara qarşı kəskin tədbirlər görməyə çağıran şüarlar səsləndiriblər.

Həmçinin millətçi hərəkatın liderlərindən biri Dimitri Demushkin metro stansiyasına gələrək uşağın xatirəsini yad edib, əraziyə gül qoyub.

O jurnalistlərlə söhbətində, təxribata yol verilməməsi üçünaksiyaya qatılmaq fikrində olmadığını deyib.

Metro stansiyasının ətrafı polis nəzarətindədir.

“Moskovskiy Komsomolets” qəzeti saxlanan qadının ağır şizofreniya xəstəsi olduğunu və Özbəkistanda qeydiyyatda durduğunu yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG