Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:05

“Bugatti”, “Lamborghini” və “Koenigsegg” şirkətləri Cenevrədə açılan 86-cı beynəlxalq avtomosalonda yeni supermodellərini nümayiş etdiriblər.

Ənənəyə görə fevralın 1-də başlayan sərginin ilk 2 günü yalnız media üçün açıq olacaq, cümə axşamından isə tədbirə hamı qatıla bilər.

“Lamborghini” şirkəti 100 illiyi münasibəti ilə “Centenario” markalı modelini nümayiş etdirir.

Bu mpdel, həmin markadan olan avtomobillər arasında ən güclü mühərriklə təhciz olunub-770 at gücündə.

Modelin maksimum sürəti saatda 350 kilometrdir.

Cəmi 40 belə avtomobil buraxılacaq. Avtomobillərin hər biri 1 milyon 750 min avrodur və artıq hamısı satılıb.

Fransanın “Bugatti” şirkəti isə dünyada ən sürətli hiper-avtomobil olan “Chiron” modelini nümayiş etdirir.

Mühərriki 1500 at gücündə olan avtomobilin sürəti saatda 420 kilometrdir.

“Bugatti” 500 belə avtomobil buraxmağı planlaşdırır və artıq payızda satış başlayacaq. Avtomobilin qiyməti 2,5 milyon avrodur.

İsveçin “Koenigsegg” şirkəti isə “Regera” markalı hibrit idman avtomobilini nümayiş etdirir. Ötən il keçirilən sərgidə nümayişdən sonra avtomobildə 3 mindən çox dəyişiklik edilib.

Bu avtomobilin mühərriki isə 1500 at gücündədir, “Bugatti” və”Chiron”dan geri qalmır.

Bu avtomobildən 80-ədəd buraxılacaq və qiyməti hələlik bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG