Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:08

-

Həbsdə olan şair Saday Şəkərli barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Trend-ə S.Şəkərovun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Hədə-qorxu ilə pul tələb etmədə şübhəli bilinən şairin işini Baş prokuror yanından Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırıb. Vəkil bildirib ki, baş idarə işi yekunlaşaraq baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərib.

Yazıçılar Birliyinin üzvü olan şair Saday Şəkərli ötən il dekabrın 23-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Rəsmi məlumata görə, şair Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında həbs olunub.

Saday Şəkərlinin özü məhkəmədə siyasi sifarişlə həbs olunduğunu demişdi. Yaxınları da bildirir ki, şair saxlanandan dərhal sonra onların evində axtarış aparılarkən onun bir gün əvvəl təqdimatı olmuş tənqidi məzmunlu “Qurd ürəyi” kitabının bütün nüsxələri götürülüb.

“Qurd ürəyi” kitabından bir neçə seçmə S.Şəkərlinin facebook səhifəsində yerləşdirilib. Həmin hissələrdən birində deyilir:

“...Bəli, Azərbaycan adlı məmləkət təxminən yüz ildir bizim ailənin qəsdinə durub. Ötən əsrin 30-cu illərində atama şər atıb, ölüm hökmü oxumuşdular... 30 il işsiz qalıb aclıqla imtahana çəkildiyimin qoy hamı şahidi olsun.... Qoy vətəndə və xaricdə 20-yə yaxın şeirlər, poemalar kitabı çıxmış ... bu şairi vətən xaini elan edib, çürütsünlər, öldürsünlər...”

Günün bütün mövzuları

XS
SM
MD
LG