Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:00

-

Hökumət 2020-ci ilədək ölkədən qeyr-neft məhsulları ixrac edənlərə pul ödəyəcək.

Prezident İlham Əliyev martın 1-də bununla bağlı fərman imzalayıb. Fərman qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Fərmanda qeyri-neft məhsullarının ümumi ixracdakı çəkisinin yetərli olmadığı vurğulanır. Bununla da ölkədə istehsal olunan qeyri-neft məhsullarını ixrac edənlərə pullu təşviq nəzərdə tutulur. Ödəniləcək təşviqinin baza məbləği ixrac olunmuş malın gömrük dəyərinin 3 faizi həcmində olacaq.

Nazirlər Kabineti 1 ay ərzində fərmanın tətbiqi ilə bağlı məsələləri həll etməlidir.

Fərman martın 1-dən qüvvəyə minir.

Günün bütün mövzuları

XS
SM
MD
LG