Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 05:47

Məhkəmələrdən bilgi almaq üçün qanun


Məhkəmə
Məhkəmə

-

Milli Məclis «Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək haqqında» qanun qəbul etməyə hazırlaşır. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi prezidentin 2009-cu ilin iyununda göndərdiyi qanun layihəsini martın 1-də müzakirəyə çıxarıb.

AZƏRTAC-ın xəbərinə görə, 5 fəsil, 25 maddədən ibarət olan qanun layihəsi məhkəmələrin fəaliyyəti barədə informasiya əldə etməyin əsas prinsiplərini tənzimləyir.

Qanun layihəsində məhkəmələrin fəaliyyəti ilə bağlı informasiyanın əldə olunmasının təşkili, məlumatların verilmə forması və istifadəçilərin hüquqları əksini tapıb. Habelə layihədə informasiya ilə təmin edilmə sahəsində əsas tələblər, arxiv fondları ilə tanışlıq və sorğu verilməsi yer alıb.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə edilməsi sahəsində problemlərin olduğunu deyib.

«Məhkəmələrin hakimiyyətin bir qolu kimi cəmiyyət üçün daha açıq olması məsələləri daim gündəmdə olub. Eyni zamanda, bu sahədə problemlər də mövcuddur. Problemlərin bir çoxu məhkəmənin fəaliyyətinin spesifikliyi ilə bağlıdır. Məhkəmə orqanlarının fəaliyyəti və onun haqqında informasiya əldə olunması cəmiyyət üçün nə qədər vacibdirsə, bu informasiyanın obyektiv olması da əhəmiyyətlidir», - deyən Əli Hüseynli bu sahədəki ziddiyyətli məsələlərin həlli üçün qanun layihəsinin qəbul olunmasının vacibliyini bildirib.

Komitə qanun layihəsini parlamentin plenar iclasına tövsiyə edib.

XS
SM
MD
LG