Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:21

BMT-nin qaçqınlar üzrə agentliyi Yunanıstana 24 min qaçqın yığışmasına görə Avropa ölkələrini tənqid edib.

Agentliyin yaydığı məlumatda deyilir ki, hökumətlər miqrant böhranının həllində birgə əməkdaşlıq etmir və sərhəd qaydalarını pozan yeni məhdudiyyətlər tədbiq edirlər.

Agentliyin mətbuat xidməti martın 1-də Avropanın humanitar böhran Astanasında olduğunu xəbərdarlıq edib.

Qurumun məlumatına görə 2016-cı ildə Aralıq dənizindən Avropaya 131 mindən çox qaçqın keçib.

Yunanıstanda ərzaq, içməli suvə sığınacaq qıtlığına görə qaçqınlar arasında gərginlik, zorakılığın artdığı müşahidə olunur.

Makedoniya polisi bir gün əvvəl Yunanıstandan bu ölkəyə keçmək istəyən yüzlərlə qaçqınların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Avropaya üz tutan qaçqınların əksriyyəti Suriya və İraqdandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG