Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:26

«Güney Azərbaycan ədəbiyyatı antologiyası (Çağdaş dövr)» toplusu çıxıb


Kitab
Kitab

-

«Güney Azərbaycan ədəbiyyatı antologiyası (Çağdaş dövr)» toplusu Bakıda «TEAS Press» Nəşriyyat evi tərəfindən nəşr olunub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, kitab Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi və AMEA-nın Ədəbiyyat İnstitutunun birgə layihəsidir.

Antologiyada son 30 ildə İran Azərbaycanında yazıb-yaradan yeni ədəbi nəslin 100-dək nümayəndəsinin bioqrafiyası və əsərləri toplanıb.

Antologiyada xalq şeiri, divan ədəbiyyatı tərzində, eləcə də son dövrlərdə Avropada yayılmış çeşidli ədəbi cərəyanların təsiri ilə yazıb-yaradan yazarların şeir və hekayələrinə yer verilib.

Topluda geniş oxucu auditoriyasına tanış olan Rüqəyya Kəbiri, Kiyan Xiyav, Səid Muğanlı, Heydər Bayat, İsmayıl Ülkər, Hadi Qaraçay, Nadir Əzhəri, Məhəmmədrza Ləvai, Sayman Aruz, Ülkər Ucqar, Ramin Cabbarlı, Məliha Əzizpur kimi yazarlarla bərabər, Toğrul Atabay, Məhəmməd Sübhdil, Murtuza Məcidfər, Nadir Paşazadə və digər ədiblərin də ana dilində olan əsərləri oxuculara ilk dəfə təqdim edilir.

Xəbərdə vurğulanır ki, topluda ötən əsrin 60-cı illərində Avropada formalaşan «Fləş Fikşn» (Flash fiction) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərlərinə, özündə postmodernizmin bəzi imkan və açılım-çevrilmələrini əks etdirən şeirlərə də rast gəlmək olar.

364 səhifədən ibarət nəfis tərtibatla çap olunmuş bu zəngin antologiyanın tərtibatçısı və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir.

Antologiya Azərbaycan ədəbiyyatı üzrə mütəxəssislər, tələbələr və ədəbiyyatsevərlər üçün nəzərdə tutulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG