Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:24

ABŞ Dövlət katibi John Kerry Suriyadakı qaçqın böhranının qlobal problem olduğunu deyir.

O Vaşinqtonda almaniyalı həmkarı Frank-Walter Steinmeierlə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, bütün ölkələr bu problemin həlli üzərində işləməlidir: ”Açıq deyim ki, ABŞ qaçqın böhranını qlobal problem sayır. Bunun ilk zərbəsi sözsüz İordaniya, Livan və Türkiyəyə dəyib.4 il yardımdan çoxdur ki, davam edən bu müharibədə bu ölkələrin üzərinə inanılmaz dərəcədə ağır yük düşüb”, deyə Kerry bildirib.

Qeyd edək ki, fevralın 27-dən Suriyada atəşkəs elan edilib.

Amma Kerry Suriya hökumətinin humanitar yardımlara mane olması barədə məlumatlardan narahatlıq bildirib.

Fevralın 29-da mühasirədə olan Moydamiyə şəhərinə yardım çatdırılıb.

Yorğan və digər ləvazimatlarla dolu 51 yük maşını Dəməşqin cənub-qərbindəki bu şəhərə daxil olub.

BMT 5 gün ərzində mühasirədə qalan 154 min əhaliyə yardım çatdırılmasını planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG